Qubada 36 yaşlı qadın itkin düşdü
Gündəm
Quba rayonu ərazisində yaşayan 36 yaşlı Əfsanə Xəlil qızı Kəmərbəndi yaşadığı ünvandan çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
News24.az xəbər verir ki, fotoda gördüyünüz şəxsi görənlərdən və ya barəsində hər hansı məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi" xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinin (023) 335-35-11 rəsmi şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.(bizimmedia)