Rəşad Məciddən MŞ-dan ayrılma xəbərinə reaksiya

Rəşad Məciddən MŞ-dan ayrılma xəbərinə reaksiya Gündəm

Sabah Azərbaycan jurnalistlərinin IX qurultayı keçiriləcək. Qurultayda ümumilikdə 225 nümayəndə iştirakını təsdiqləyib. Mətbuat Şurasına üzv təşkilatların təqdim etdikləri namizəd anketlərinə əsasən adları aşağıda qeyd edilmiş şəxslər Şuranın İdarə Heyətinin üzvlüyünə namizədlərdir.

Məlumata görə, üzv təşkilatlar tərəfindən namizəd kimi göstərilmiş və səs toplamış Mətbuat Şurasının İdarə Heyətinin hazırkı üzvlərindən – Rəşad Məcid, Əflatun Amaşov, Qulu Məhərrəmli, Umud Rəhimoğlu, Aydın Quliyev, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Vüsalə Mahirqızı, Aqil Ələsgər, Ceyhun Musaoğlu, Akif Aşırlı və Yadigar Məmmədli adlarının bu seçki bülleteninə daxil olunmamasını xahiş ediblər.

Məsələ ilə bağlı MŞ-nın idarə heyətinin hazırki üzvü Rəşad Məcid News24.az-a bildirib ki, onlar öz yerlərini gənclərə vermək istəyirlər:

"Mətbuat Şurasının İdarə Heyətinin 13 üzvü olaraq təmsil olunduğumuz vəzifələri gənclərə həvalə etmək, onlara yol açmaq istəyirik. İnanırıq ki, gənclər bu sahədə özlərini doğruldacaq, üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirəcək və uğurlu fəaliyyət göstərəcəklər".