Ramalı öldürən şəxs sevdiyi qızın qardaşı imiş - Video

Ramalı öldürən şəxs sevdiyi qızın qardaşı imiş - Video Gündəm

Şəmkirdə qətlə yetirilən Ramalı bıçaqlayan şəxs sevdiyi qızın qardaşı olub.

News24.az xəbər verir ki, bu barədə mərhumun bibisi oğlu məlumat verib.

“Qardaşı bir dəfə dedi, gedib-gəlmə. İki dəfə dedi, bu da istəyirdi. İstəyin qarşısında heç kim dura bilməz axı. Onu başa düşənlər başa düşür. Qız da onu istəyirdi. Qardaşı qıza gecə vaxtı deyib ki, onu evə çağır. Bıçaqla vurub. Guya qorxduqları üçün evdə qoyublar. Qan itirib yerindəcə ölüb. Vaxtında həkimə çatdırsaydılar, sağalardı”, - deyə o əlavə edib.//“Qafqazinfo”