Ramazan Nəbiyev AQTİ sədri təyin olundu

Ramazan Nəbiyev AQTİ sədri təyin olundu Gündəm

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinə yeni sədr təyin edilib.

News24.az xəbər verir ki, bununla bağlı iyulun 15-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri əmr imzalayıb.

Əmrə əsasən, Ramazan Əli oğlu Nəbiyev AQTİ-nin İdarə Heyətinin sədri təyin olunub.

R.Nəbiyev 2018-2024-cü illərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi, İdxal və ixraca nəzarət şöbəsinin və Qida təhlükəsizliyi şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərib.

2024-2026-cı illərdə AQTA-nın tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədrinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl AQTİ-nin İdarə Heyətinin sədri Əli Tahir oğlu Nəbiyev idi. O, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini vəzifəsinə təyin edilib.