İran komandanı: “Hər hansı hücuma sərt cavab verəcəyik”

İran komandanı: “Hər hansı hücuma sərt cavab verəcəyik” Gündəm

“İran Silahlı Qüvvələri düşmən tərəfindən hər hansı düşmənçilik hərəkətlərinin yenidən başlanacağı halda dərhal və qəti cavab verməyə hazırdır”.

News24.az İran KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının komandanı Əli Abdullahi bildirib.

O vurğulayıb ki, Tehran hərbi sahədə üstünlüyünü qoruyur, o cümlədən Hörmüz boğazına nəzarət məsələsində mövqeyini saxlayır və ABŞ Prezidentinin regiondakı vəziyyətlə bağlı yanlış narrativlər formalaşdırmasına imkan verməyəcək.