İrandakı azərbaycanlılarla bağlı son durum – Nazir danışdı
Gündəm
"Tehrandakı səfirliyimizin və Təbrizdə fəaliyyət göstərən Baş konsulluğumuzun İranda yaşayan Azərbaycan vətəndaşları ilə əlaqəsi fasiləsiz şəkildə davam edir. Bu müddət ərzində diplomatik nümayəndəliklərin işi heç bir an belə dayanmayıb".
News24.az-ın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, İranda olan Azərbaycan vətəndaşları qarşılaşdıqları hər hansı çətinliklə bağlı səfirlik və ya baş konsulluğa müraciət edə bilərlər. Onun sözlərinə görə, hazırda ciddi problem müşahidə edilmir və hər iki diplomatik qurum normal fəaliyyətini davam etdirir.