Rasim Balayevlə bağlı YENİ XƏBƏR

Rasim Balayevlə bağlı YENİ XƏBƏR Gündəm

“Rasim Balayev ev şəraitində müalicəsini davam etdirir. Hazırda orqanizmin bərpa prosesi gedir. Onunla tez-tez əlaqə saxlayırıq, bütün işlərə nəzarət edir”.

Bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Əli İsa Cabbarov deyib.

O bildirib ki, İttifaqda görülən işlərlə bağlı Rasim Balayevlə məsləhətləşmələr aparılır:

“İttifaqın ali orqanı idarə heyətidir. Bundan əlavə katiblik var və birinci katib Şəfiqə Məmmədovadır. İdarə heyətinin qoyduğu qaydalar üzrə katiblik işi aparır. İttifaqda işlər dayanmayıb, layihələr davam edir və sosial yardımlar istiqamətində işlər gedir. Rasim müəllim yanımızda olmasa da, onunla əlaqə saxlayırıq. Vacib məsələlərlə bağlı sənədləri Rasim Balayev şəxsən imzalayıb, tanış olur. O, göstərişlərini verir, biz isə planları həyata keçiririk. Fevral ayının axırında Rasim müəllim işə çıxacaq”.

Qeyd edək ki, Xalq artisti Rasim Balayev səhhətində yaranan problem səbəbindən bir müddət xəstəxanada müalicə aldıqdan sonra evinə buraxılıb. (musavat)