Rayonlarda torpaq bahalaşır - VİDEO

Rayonlarda torpaq bahalaşır - VİDEO Gündəm

Lənkəran şəhərində son iki il ərzində torpaq sahələrinin qiymətlərində artım qeydə alınır. Bahalaşma əsasən torpaqların yerləşdiyi ərazilərə görə dəyişir.

News24.az xəbər verir ki, torpaq alqı-satqısı ilə məşğul olan şəxslər deyirlər ki, rayonda satış üçün əlverişli torpaq sahələri o qədər də çox deyil.

Satışa çıxarılan torpaqların əksəriyyəti isə sakinlərin öz həyətlərindən ayıraraq satışa təqdim etdikləri 2-3 sotluq sahələrdir:

Lənkəranda torpaq sahəsi almaq istəyən şəxslər əsasən şəhərətrafı ərazilərə və rayona yaxın kəndlərə üstünlük verirlər. Ən yüksək qiymətə təklif olunan torpaqlar isə dənizə yaxın yerləşən sahələrdir.

Şəkidə də son illərdə torpaq sahələrinin qiymətləri artıb. Buna səbəb kimi infrastrukturun yaxşılaşması, Bakı istiqamətində yolların təmiri və bölgəyə gələn turistlərin sayının artması göstərilir.

Şəkidə torpaq sahələrinin ən aşağı qiymətləri şəhərin yeni salınan məhəllələrində müşahidə olunur. Bu ərazilərdə hələ də qaz xətti mövcud deyil.

Ən yüksək qiymətlər isə "Dodu" və "Soyuq Bulaq" məhəllələrində qeydə alınır. Burada turizm obyektlərinin çoxluğu qiymətlərə birbaşa təsir göstərir. (Xəzər tv)