Ərdoğanın oğlu Gəncədə Şəhidlər xiyabanını ziyarət etdi
Gündəm
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan 20 Yanvar Hüzn Günündə Gəncədə Şəhidlər xiyabanında olub.
News24.az xəbər verir ki Bilal Ərdoğan Şəhidlər xiyabanında şəhidlərin məzarını ziyarət edib, onların məzarı önünə gül dəstələri qoyub.
Xatırladaq ki, anım tədbirində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, şəhid ailəsi, qazilər, ziyalılar, polis əməkdaşları, prokurorluq əməkdaşları, Millət vəkilləri və şəhər ziyalıları iştirak edib.
QMİ-nin Gəncə bölgəsi üzrə qazısı Hacı Tahir Abbasov Bilal Ərdoğana Quran həddiyə edib.