Rəsmilər Zəfər Parkını ziyarət edir
Gündəm
Azərbaycanın Baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər Parkını ziyarət ediblər.
News24.az xəbər verir ki, dövlət rəsmiləri Zəfər abidəsi önünə gül dəstələri düzüblər.
