Restoran müdiri Niyama ev hədiyyə etdi - Saxta çıxdı
Gündəm
Müğənni Niyam Salami maraqlı etirafı ilə diqqət çəkib.
News24.az xəbər verir ki, sənətçi bu barədə Xəzər TV-yə açıqlamasında danışıb. O bildirib ki, ona ev hədiyyə edilsə də, sonradan bunun həqiqətə uyğun olmadığı üzə çıxıb:
"Bir adam mənə hədiyyə olaraq ev verdi. Sənədlərə də qol çəkdirdilər. Sonra ortaya çıxdı ki, hər şey saxta imiş. Həmin şəxs restoran müdiri idi. Ad günümdə böyük səs-küylə, təmtəraqla guya mənə ev hədiyyə etdi. Amma sonradan məlum oldu ki, sənədlər saxtadır".