Roma Papası Rusiya və Ukrayna arasında danışıqların Vatikanda keçirilməsini - təklif etdi
Gündəm
Roma Papası XIV Leo Ukrayna lideri Volodimir Zelenskiyə Vatikanda Rusiya və Ukrayna arasında münaqişənin həlli üzrə danışıqların təşkilini təklif edib.
News24.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tac Katibliyinin bəyanatında deyilir .
"Müqəddəs Ata Rusiya və Ukrayna nümayəndələrini Vatikanda danışıqlara dəvət etməyə hazır olduğunu təsdiqləyib", - bəyanatda deyilir.
Bundan əvvəl XIV Leo da danışıqların yeni raundu üçün Rusiya və Ukrayna nümayəndə heyətlərini qəbul etməyə hazır olduğunu bəyan edib . Avropa ölkələri bu təklifi dəstəklədilər.