"Rəqabət Məcəlləsi işləmir, kredit əlçatanlığı aşağıdır" – Fikrət Yusifov
Gündəm
Qlobal iqtisadi böhranın əsası 2007-2008-ci illərdə qoyulub və bu günə qədər davam edir.
News24.az xəbər verir ki, bunu sabiq maliyyə naziri Fikrət Yusifov RTV-də yayımlanan “Siyasi kod” verilişində deyib.
Onun sözlərinə görə, hazırda dünyada baş verən müharibələr və xüsusilə Yaxın Şərqdəki gərginlik yeni, daha ağır böhran riski yaradır:
“Dünya neftinin 20 faizi Hörmüz boğazından keçir. Bu axın dayanarsa, çox ciddi iqtisadi çöküş ola bilər”.
Ekspert bildirib ki, Azərbaycan iqtisadiyyatında əsas problem biznes mühitidir: Rəqabət Məcəlləsi işləmir, kredit əlçatanlığı çox aşağıdır, xarici investorlar ölkəyə gəlmir.
Daha ətraflı videoda: