Biz işıqlandırdıq, problem həllini tapdı - VİDEO

Biz işıqlandırdıq, problem həllini tapdı - VİDEO Gündəm

Xəbər verdiyimiz kimi, paytaxtın Sabunçu rayonu ərazisində yerləşən tuneldə asfalt örtüyü çöküb.

News24.az xəbər verir ki, bir neçə gün əvvəl RTV bu barədə sujet hazırlayıb.

Məlumata görə, tez-tez yağış sularının dolduğu tuneldən keçən yolun xeyli hissəsində çökmə yaranıb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində çətinlik müşahidə edilib.

Hadisədən bir neçə gün sonra müvafiq dövlət qurumunun əməkdaşları əraziyə cəlb olunub və yolda təmir-bərpa işləri aparılıb.