Ruhiyyə Əliyevadan Davosda uğurlu təqdimat – VİDEO

Ruhiyyə Əliyevadan Davosda uğurlu təqdimat – VİDEO Gündəm

"Liatris Holding"in rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyeva İsveçrənin Davos şəhərində keçirilən "Global Education Forum 2026" tədbirinin final gecəsindən görüntülər paylaşıb.

News24.az xəbər verir ki, forum çərçivəsində müxtəlif ölkələrin mədəniyyətini əks etdirən stendlər nümayiş olunub. Azərbaycanı təmsil edən "MiniBoss" tələbələrinin valideynləri milli şirniyyatlarımızdan ibarət zəngin stend hazırlayıb.

Milli təamlar və təqdimat beynəlxalq qonaqların böyük marağına səbəb olub.

Ruhiyyə Əliyeva paylaşımında ölkəmizi uğurla təmsil edən nümayəndə heyətinə, stendin hazırlanmasında əməyi olan hər kəsə təşəkkür edib. O, həmçinin Azərbaycanda gənc sahibkarların yetişməsində mühüm rolu olan "MiniBoss Global Business School"un təsisçisi Nərminə Həsənovaya minnətdarlığını ifadə edib.