Rusiya-Ukrayna danışıqlarının görüntüsü - YAYILDI
Gündəm
Türkiyə Xarici İşlər Nazirliyi İstanbulda Çırağan sarayında Rusiya və Ukrayna arasında keçirilən danışıqların ikinci raundunun videogörüntüsünü dərc edib.
News24.az müvafiq nəşr idarənin "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində yer alıb.
Yayımlanan görüntülərdə Türkiyənin xarici işlər naziri Hakan Fidanın açılış nitqi söyləməsi, həmçinin danışıqlarda Rusiya və Ukrayna nümayəndə heyətlərinin tərkibi əks olunub.
Danışıqlarda Rusiyanı prezidentin köməkçisi Vladimir Medinski, xarici işlər nazirinin müavini Mixail Qaluzin, müdafiə nazirinin müavini Aleksandr Fomin və Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov təmsil edir.
Danışıqların birinci raundu ilə müqayisədə nümayəndə heyətinin tərkibi dəyişməyib.
Aqil