Ruzbeh Məmməd vəzifəsindən ayrıldı - Səbəbini özü açıqladı
Gündəm
Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat katibi Ruzbeh Gülümov (Məmməd) vəzifəsindən ayrılıb.
News24.az məsələ ilə bağlı Ruzbeh Gülümovun özü ilə əlaqə saxlayıb.
Saytımıza açıqlama verən Ruzbeh Gülümov işdən şəxsi istəyi ilə ayrıldığını bildirib: “Öz istəyimlə Kliniki Tibbi Mərkəz ilə yollarımızı ayırdıq”.
Ruzbeh Gülümov hansısa qurumda fəaliyyət göstərə biləcəyi barəsində də danışıb: “Hələki heç bir yerdən təklif yoxdur. İnşallah olarsa, təbii ki, fəaliyyət göstərəcəm. Mənim yerimə kimin gələcəyi hələki məlum deyil”,
Qeyd edək ki, R.Məmməd 2023-cü ildən sözügedən vəzifəni icra edirdi. Əvvəllər müxtəlif KİV-lərdə işləyib..