"Saata baxmadan dərs keçirdi" – güllələnən müəllimənin rəfiqəsi danışdı – Video
Gündəm
“O saata baxmadan uşaqlara dərs keçən müəllimə idi”.
News24.az xəbər verir ki, bunu bu gün “İdrak” liseyində güllələnən müəllimənin rəfisəqi deyib.
Hadisə barədə eşidən kimi əraziyə gələn rəfiqəsi “Xəzər xəbər”ə onun müəllimliyi barədə tərifli sözlər səsləndirib.
“Şagirdin nəticələrini 40-50 faizdən 90-a qaldıran repetitordur. Özü də saata baxmadan dərs keçirdi. Çox yaxşı müəllim idi həqiqətən”, – o deyib.
Xatırladaq ki, bu gün səhər saatlarında “İdrak” liseyində 10-cu sinif şagirdi evdən gətirdiyi ov tüfəngi ilə müəlliməsini güllələyib. Hadisə ilə bağlı araşdırma aparılır.