Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq? Gündəm

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 7-də mülayim şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulba) 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil və Şıx) 24-25 dərəcə isti olacaq.