Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq? Gündəm

Abşeron çimərliklərində sabah gözlənilən hava şəraiti açıqlanıb.

News24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 20-də mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.