Sabah çimərliklərdə hava necə olacaq?
Gündəm
Sabah çimərliklərdə gözlənilən hava şəraiti açıqlanıb.
News24.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, avqustun 2-də Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 26-27 dərəcə isti olacaq.