Sabah da yağış yağacaq

Sabah da yağış yağacaq Gündəm

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.

News24.az xəbər verir ki, havanın temperaturu gecə 6-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 11-15° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 0-2° şaxta olacaq.