Sabiq icra başçısı azadlığa buraxıldı
Gündəm
Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev azadlığa buraxılıb.
News24.az xəbər verir ki, amnistiya aktı ona da şamil edilib.
İ.Vəliyev saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.
Xatırladaq ki, eks-icra başçısı külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 6 il 2 ay azadlıqdan məhrum edilmişdi. Onun çəkilməmiş 4 ay cəza müddəti qalmışdı. (qafqazinfo.az)