Səbaildə restoranda yanğın - Video

Səbaildə restoranda yanğın - Video Gündəm

Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsində yanğın baş verib.

News24.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən restoranın mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 200 kv.m. olan restoranın mətbəxində sobada yağ qalıqları yanıb.

Restoran və yaşayış binası yanğından mühafizə olunub.

Xəsarət alan olmayıb.