Nazirlik saxta sağlamlıq arayışı verən "General Hospital"da ARAŞDIRMAYA BAŞLADI

Nazirlik saxta sağlamlıq arayışı verən "General Hospital"da ARAŞDIRMAYA BAŞLADI Gündəm

Ötən gün saytımızda "General Hospital" tərəfindən vətəndaşa saxta sağlamlıq arayışı verilməsinə dair xəbər yayımlamışdıq.

News24.az xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, faktla bağlı Mərkəz tərəfindən araşdırma aparılır:

"Məsələ Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin nəzarətindədir. Araşdırma başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək.

Əlavə olaraq bildirilir ki, aidiyyəti müəssisə ilə bağlı Mərkəz tərəfindən bir neçə dəfə tədbirlər görülüb", - cavabda qeyd olunub. (Unikal)