Şəmkir xəstəxanasında monitorinq - Nəticələr nəyi göstərir?
Gündəm
"Bu il ərzində Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 9 monitorinq aparılıb".
News24.az xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli 28 noyabr tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına (xəstəxana) təşkil olunan media-tur zamanı deyib.
Onun sözlərinə görə, monitorinqlər zamanı infrastruktur, texniki avadanlıqların vəziyyəti, pasiyent qəbulu və qeydiyyat prosesləri qiymətləndirilir: "Şəmkir rayon Mərkəzi Xəstəxanasında demək olar ki, Xidmətlər Zərfinə daxil olan əsas tibbi istiqamətlər üzrə təminat mövcuddur. Bu da bölgə sakinlərinin ehtiyac duyduğu xidmətləri yerindəcə, yəni digər şəhərlərə müraciət etmədən almasına şərait yaradır. Ötən ildən bu ilin iyul ayına kimi xəstəxanada 1 083 258 tibbi xidmət göstərilib və məhz sığortanın tətbiqi nəticəsində bölgə əhalisi əlavə xərc, vaxt sərf etmədən xəstəxanada lazımi tibbi xidmətlərdən yararlana bilib”.