Serj Sarkisyan da Korrupsiyaya Qarşı Mübarizə Komitəsindədir

Serj Sarkisyan da Korrupsiyaya Qarşı Mübarizə Komitəsindədir Gündəm

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan hazırda Korrupsiyaya Qarşı Mübarizə Komitəsindədir.

News24.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Binaya daxil olan Sarkisyan bildirib ki, indiyədək onun hansı səbəbdən Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə çağırıldığını bilmir.

Qeyd edək ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryana qarşı cinayət işinin başlanılması ilə bağlı prokurorluğun hesabatında Serj Sarkisyana qarşı da cinayət təqibinin başladıldığı bildirilib.

Prokurorluğun açıqlamasında deyilir:

“2026-cı il avqustun 24-də prokurorluq Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə (3 epizod), xüsusilə külli miqdarda rüşvət alma (2 epizod) və xüsusilə külli miqdarda pul yuma (4 epizod) ittihamları üzrə cinayət təqibi başladıb”.