Seyran Səxavətlə imza günü keçirildi
Gündəm
Noyabrın 28-də Azərbaycan Yazıçılar Birliyində (AYB) görkəmli yazıçı, şair, nasir, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi mükafatının sahibi Seyran Səxavətin üç cildlik kitabının xeyriyyə satışı və imza günü keçirilib.
News24.az xəbər verir ki, görüşdə tanınmış yazıçılar, ədəbi ictimaiyyətin nümayəndələri, gənc qələm sahibləri, eləcə də geniş oxucu auditoriyası iştirak edib.
Tədbirdə deputatlar - Fazil Mustafa, Vüqar Bayramov, professor Rafiq Əliyev, Xalq şairi Sabir Rüstəmxanlı, Xalq artisti Mənsur İbrahimov "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs, şərqşünas-alim Nəriman Qasımoğlu və digər ədəbi ictimaiyyətin nümayəndələri işitirak ediblər.
Tədbir zamanı müəllif yaradıcılıq yolundan, son əsərlərinin mövzu xəttindən və ədəbiyyata yanaşmasından danışıb. Onun çıxışından sonra iştirakçılar suallarını ünvanlayıb, fikir və təəssüratlarını bölüşüblər.
İmza mərasimində müxtəlif sahələrdən olan qonaqlar - mədəniyyət adamları, tədqiqatçılar və yazıçının yaradıcılığını yaxından izləyən oxucular da yer alıb. Səmimi və interaktiv ab-havada keçən görüşdə Seyran Səxavət kitablarını imzalayaraq oxucularına təqdim edib.