Simonyan Azərbaycana gələ bilər

Simonyan Azərbaycana gələ bilər Gündəm

“Mən görürəm ki, Azərbaycan tərəfi sülhlə bağlı özünün rəva gördüyü bütün addımları atacaq və hazırda da atır”.

News24.az xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.

Simonyan bildirib ki, hələ həllini tapmamış məsələlərin çözülməsi üçün prosesi daha da dərinləşdirmək, yeni mexanizmlər tətbiq etmək barədə Azərbaycanla razılıq əldə olunub.

Azərbaycana mümkün səfəri barədə sualı cavablandıran Simonyan Bakıya səfərini istisna etməyib.