SON DƏQİQƏ: Polkovnik Əflatun Məmmədov həbs olundu
Gündəm
Penitensiar Xidmətin Kadrlar İdarəsinin sabiq rəisi, polkovnik Əflatun Muxtar oğlu Məmmədov həbs edilib.
News24.az xəbər verir ki, sabiq rəis rüşvət ittihamı ilə bağlı saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Əflatun Məmmədov 2026-cı ilin may ayında vəzifəsinin icrası zamanı yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən azad edilib./bizimmedia