“Space FM”in rəhbəri də işdən çıxarıldı

“Space FM”in rəhbəri də işdən çıxarıldı Gündəm

Vado Korovinin “Space TV”nin rəhbəri vəzifəsindən azad olunmasından sonra telekanalda islahatlar davam edir.

News24.az xəbər verir ki, “Space 104 FM” radiosunun direktoru Sərxan Qədimov da vəzifəsindən azad edilib.

Bundan başqa, V.Korovinin sürücüsü də işdən çıxarılıb.

Qeyd edək ki, S.Qədimov 2024-cü ilin avqustunda “Space” radiosunun direktoru təyin olunmuşdu.

Xatırladaq ki, Vado Korovindən sonra onun kürəkəni, telekanalın icraçı direktoru Nəriman Əbdüləliyev də işdən çıxarılıb.(qaynarinfo)