"Space" TV-də yeni təyinat - Baş direktora müşavir təyin olundu

"Space" TV-də yeni təyinat - Baş direktora müşavir təyin olundu Gündəm

"Space" Müstəqil Teleradio Şirkətində növbəti kadr təyinatı gerçəkləşib.

News24.az xəbər verir ki, tanınmış ssenarist və prodüser Fariz Əliyev "Space" Müstəqil Teleradio Şirkətinin baş direktoru Ayaz Mustafayevin müşaviri vəzifəsinə gətirilib.

Bu təyinata qədər ölkənin müxtəlif televiziya kanallarında məsul və rəhbər vəzifələrdə çalışan Fariz Əliyev, eyni zamanda media sahəsində bir çox uğurlu layihələrin müəllifi və rəhbəri kimi tanınır.

Qeyd edək ki, son dövrlər "Space" TV-də idarəetmənin effektivliyinin artırılması, efir siyasətinin yenilənməsi və kanalın inkişafına yönəlmiş ardıcıl islahatlar həyata keçirilir. /Bizim Media/