“Üstünə cumdular, qanın içində sürüyürdülər” - Xırdalandakı dəhşətli hadisənin TƏFƏRRÜATI
Gündəm
Xəbər verdiyimiz kimi, Abşeron rayonunda qadın sahibsiz itlərin hücumuna məruz qalıb.
News24.az xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.
Hadisə şahidlərinin sözlərinə görə, yaralı dərhal xəstəxanaya çatdırılıb. Sakinlər isə bildirirlər ki, ərazi artıq uzun müddətdir sahibsiz itlərin məskəninə çevrilib və bu vəziyyət ciddi narahatlıq yaradır:
“Uzun illərdir burada yaşayırıq. Artıq uşaqlarımızı rahat şəkildə küçəyə buraxa bilmirik. İtlər demək olar ki, qapımızın ağzına qədər gəlir, təhlükə yaradır. Bu gün də orta yaşlı bir qadına hücum etdilər. Hamı qorxu içindədir”.
Sakinlər problemin həlli üçün aidiyyəti qurumların təcili tədbir görməsini tələb edirlər.
Ətraflı RTV-nin sujetində: