"Süni intellekt yox, süni zəka olmalıdır" - Sabir Rüstəmxanlı

"Süni intellekt yox, süni zəka olmalıdır" - Sabir Rüstəmxanlı Gündəm

Azərbaycan dilindəki bəzi qanunların dili olduqca çətindir.

News24.az xəbər verir ki, bunu Xalq şairi Sabir Rüstəmxanlı Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” adlı konfransda çıxışında deyib.

“Məsələn, Təhsil Haqqında Qanunda formal-informal təhsil, distant təhsil, kampus və sair kimi ifadələrə rast gəlinir. Tələbə yurdu desək, olmazmı, gərək kampusmu deyək?” - o əlavə edib.

Xalq şairi süni intellekt ifadəsinin də yanlış olduğunu bildirib.

“Bu ifadə süni intellekt deyil, süni zəka olmalıdır. Amma təməldən dilimizdə özünə bu cür yer elədi və nəticədə yanlış formatda da qaldı. Belə dilimizdə nə qədər söz var…” (modern.az)