Suriya lideri onun əlini sıxmadı - VİDEO

Suriya lideri onun əlini sıxmadı - VİDEO Gündəm

Suriyanın yeni administrasiyası Dəməşqə səfər edən Almaniyanın xarici işlər naziri Annalena Berbok və fransalı həmkarı Jan-Noel Barronu qəbul edib.

News24.az xəbər verir ki, Suriyanın hazırki lideri Əhməd əl-Şara görüş zamanı Berbokun əlini sıxmayıb. Lakin o, Berbokla birlikdə gələn xarici işlər naziri Jan-Noel Barro ilə görüşərkən əl sıxışıb.

Qeyd edək ki, ötən gün Berbok və Barro Suriyaya elan olunmamış səfər ediblər. Annalena Berbok bildirib ki, Rusiya Suriyadakı hərbi bazalarını tərk etməlidir.

\\\\Publika.az