Sürücülərin nəzərinə: Bu yol bağlanacaq!

Sürücülərin nəzərinə: Bu yol bağlanacaq! Gündəm

Bakı Dairəvi avtomobil yolunun 5-ci kilometrində, Lökbatan qəsəbəsi istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən News24.az-a bildirilib ki, məhdudiyyət aşağıdakı tarixlərdə tətbiq olunacaq:

10 iyul saat 22:00-dan 11 iyul saat 07:00-dək;

11 iyul saat 22:00-dan 12 iyul saat 07:00-dək.

Sürücülərdən aparılan təmir işlərini nəzərə alaraq alternativ marşrutlardan istifadə etmələri və yaranacaq müvəqqəti narahatlığa görə anlayış göstərmələri xahiş olunur.