Şuşanın işğaldan azad edilməsinin 5-ci ildönümüdür
Gündəm
Bu gün Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsindən 5 il ötür.
News24.az xatırladır ki, 2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.
Erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb.