Tahir Salahovun cənazəsi Bakıya gətirildi

Tahir Salahovun cənazəsi Bakıya gətirildi Gündəm
Almaniyada dünyasını dəyişən Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycanın Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Dövlət mükafatları laureatı Tahir Salahovun cənazəsi Vətənə gətirilib. 

News24.az-ın əldə etdiyi məlumata görə, mərhum xalq rəssamının cənazəsi bu gün səhər saat 04:30 radələrində Bakıya çatıb. Bildirilir ki, mərhumun qızı Lalə Salahova atasının dəfnində iştirak etmək üçün həmin təyyarədə Bakıya gəlib. 

Z.Salahova qeyd edib ki, T.Salahovun mayın 24-də Birinci Fəxri xiyabanda dəfn edilməsi nəzərdə tutulur. 

Qeyd edək ki, Xalq rəssamı mayın 21-də Almaniyada müalicə aldığı xəstəxanada 92 yaşında dünyasını dəyişib.

Allah rəhmət eləsin!