Tanınmış müğənniyə ağır itki üz verdi
Gündəm
Azərbaycanın populyar ifaçısı Pərvin Lətifovun ailəsində bədbəxt hadisə baş verib. Sənətçinin anası Almaz Lətifova qəfildən dünyasını dəyişib.
News24.az xəbər verir ki, faciəyə səbəb bağda işləyərkən anasının əlinə batan yad cisim olub. Həmin nahiyəyə infeksiya keçməsi nəticəsində Almaz xanımın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, "Azəri Star 2005" mahnı müsabiqəsinin finalçısı olan Pərvin Lətifov uzun illərdir musiqi sahəsində fəaliyyət göstərir və geniş dinləyici kütləsinə malikdir. /Yeni sabah/