Tanınmış rəqqas həyat yoldaşına şiddət göstərdi - Polis hərəkətə keçdi - VİDEO

Tanınmış rəqqas həyat yoldaşına şiddət göstərdi - Polis hərəkətə keçdi - VİDEO Gündəm

Bakıda qadın həyat yoldaşının ona fiziki şiddət göstərdiyi anları lentə alıb.

News24.az xəbər verir ki, o, görüntüləri sosial media hesabında paylaşaraq kömək istəyib.

Kadrlarda hərəkətdə olan avtomobildə qadınla kişinin əvvəlcə mübahisə etdiyi görünür. Daha sonra kişi avtomobili saxlayaraq qucağında uşaq olan həyat yoldaşına fiziki şiddət göstərməyə başlayır.

Qadın paylaşımında həyat yoldaşının rəqqas Nicat Azadlı olduğunu qeyd edib. O, əri və onun ailə üzvləri tərəfindən uzun müddət təzyiq və zorakılığa məruz qaldığını iddia edib.

Qadın həmçinin bildirib ki, ona qarşı edilən zorakılıqlarla bağlı polisə müraciət edib və iş məhkəməyə gedib. Onun sözlərinə görə, nəticədə həyat yoldaşına 1500 manat cərimə tətbiq olunub.

News24.az əldə etdiyi məlumata görə, hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.