"Tarixini bilən, milli dəyərlərinə sahib çıxan gənclər gələcəyimizin ən böyük gücüdür!" - Alyona Əliyeva (FOTOLAR)
Gündəm
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışı keçirilib.
News24.az xəbər verir ki, mükafatlandırma mərasimində qaliblərə sertifikatları Alyona Əliyeva və elm və təhsil nazirinin müavini Firudin Qurbanov təqdim ediblər.
Alyona Əliyeva mükafatlandırma mərasimi ilə bağlı paylaşım edib:
"Gənclərin tariximizə və milli irsimizə marağını artıran yarışın sonunda qaliblər sertifikatlarla təltif olunublar. 2014-cü ildən etibarən ənənəvi olaraq təşkil edilən bu layihə gənc nəslin tarixi yaddaşının möhkəmləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin həyat yolunun və siyasi fəaliyyətinin daha dərindən mənimsənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tarixini bilən, milli dəyərlərinə sahib çıxan gənclər gələcəyimizin ən böyük gücüdür! Bütün qalibləri təbrik edirik!".
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
