Tələbələr ilin əvvəlində təhsil haqlarını tam ödəməlidir? - MÜHÜM AÇIQLAMA

Tələbələr ilin əvvəlində təhsil haqlarını tam ödəməlidir? - MÜHÜM AÇIQLAMA Gündəm

"Tələbələr ilk tədris ilinin birinci ilində təhsil haqlarını 100% (tam) ödəməlidirlər". 

Bunu News24.az-a açıqlamasında, təhsil eksperti Vüsal Kərimli deyib.

Ekspert qeyd edib ki, kifayət qədər müəyyən kateqoriyada şəxslərə güzəştlər tətbiq edilib:

"Müəyyən kateqoriyada olan şəxslər təhsil haqlarından azad edilib və ya güzəştlər əldə ediblər. Digər tərəfdən Təhsil Tələbə Kredit Fondu var ki, tələbələr ora müraciət edib, kredit alaraq öz təhsil haqlarını ödəyə bilərlər. Burada da şərtlər çox sadə və asandır. Tələbələrə güzəşt məsələsinə gəldikdə isə, onlara ikinci kursa keçdikləri zaman təhsil haqlarını yarı-yarıya ödəmə imkanı yaradılır. Düşünürəm ki, TTKF-nin olması, müəyyən güzəştlərin edilməsi tələbələrə təhsil haqlarını ödəmək üçün əlavə imkan yaradır. Fikrimcə, əlavə güzəştlər kifayət qədər edilib və başqa güzəştlərin hələki yoxdur".

Günel Məlikzadə