Temperatur 5-8 dərəcə enəcək - Xəbərdarlıq

Temperatur 5-8 dərəcə enəcək - Xəbərdarlıq Gündəm

Bakıda və Abşeron yarımadasında noyabrın 30-dan dekabrın 2-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir.

News24.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Azərbaycanın rayonlarında noyabrın 29-u axşamdan dekabrın 2-si axşamadək bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.