Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparılır

Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparılır Gündəm

Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə News24.az Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, hadisənin bütün hallarının, o cümlədən Ziya Muradovun ölümünün səbəbinin və başvermə şəraitinin müəyyən edilməsi istiqamətində zəruri prosessual hərəkətlər həyata keçirilir.

"Toplanmış materialların nəticələrinə əsasən hadisəyə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət veriləcək", - məlumatda vurğulanıb.