Fatimənin qətli ilə bağlı bir nəfərə ittiham irəli sürüldü

Fatimənin qətli ilə bağlı bir nəfərə ittiham irəli sürüldü Gündəm

Gürcüstan Prokurorluğu Azərbaycan vətəndaşı Fatimə Kərimovanın ölümü ilə bağlı qəsdən adamöldürmə faktı üzrə bir nəfərə ittiham qaldırıb.

News24.az xəbər verir ki, prokurorluğun yaydığı məlumata görə, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə qanunla müəyyən edilmiş müddətdə vəsatət təqdim olunacaq və o, axtarışa veriləcək.

İstintaqla müəyyən edilib ki, Emin Əliyev adlı Azərbaycan vətəndaşı Fatimə Kərimovanın həyatına ciddi şəkildə müdaxilə edib, onun özü ilə bağlı qərarlar qəbul etməsinə mane olub. Qadının ailə üzvləri və digər şəxslərlə əlaqə saxlamasına, evdən çıxmasına və sərbəst harasa getməsinə qadağa qoyub.

Mərhum Fatimə Kərimova birgə yaşadıqları kirayə evdən harasa çıxmaq istəsə də, Emin Əliyev ona imkan verməyib. Bütün addımlarında onun icazəsi olmasını tələb edib. Qadına onun evdən çıxması, digər insanlarla ünsiyyəti və hətta qidalanması ilə bağlı qərarları o özü verərək kişi üstünlüyünü nümayiş etdirməyə çalışıb.

25 iyun 2026-cı il tarixində saat 22:00 radələrində də o, Tbilisinin Varketili qəsəbəsində, Evgeniya Maisuradze küçəsi 45A ünvanında yerləşən 3 nömrəli mənzildə Emin Əliyev qadın və kişi bərabərliyinə dözümsüzlük motivi ilə Fatimə Kərimovanı boğaraq qətlə yetirib.

Təqsirləndirilən şəxsə ittiham Cinayət Məcəlləsinin 109-cu maddəsinin “t” bəndi (qadın və kişi bərabərliyinə dözümsüzlük zəminində qəsdən adamöldürmə) ilə qiyabi qaydada irəli sürülüb. Bu maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluq tərəfindən bildirilib ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət olunacaq və o, axtarışa veriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxsin Türkiyədə saxlanıldığı bildirilir. /24news.ge/