Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür
Gündəm
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB ölkələrindən olan həmkarlarının idman maraqlarını sadalayıb və onları əla fiziki formalarına görə tərifləyib.
News24.az xəbər verir ki, bu barədə Tokayev “Turkistan” qəzetinə müsahibəsində bildirib.
“Rusiya Prezidenti Vladimir Putin bu yaxınlarda Bişkekdə keçirilən qeyri-rəsmi tədbir zamanı gənc cüdoçuya qarşı fənd göstərdi və yaşlı nəslin şərəfini qorudu. Fiziki cəhətdən Azərbaycan Prezidenti İlham Əliyev də güclüdür, o, daim məşq edir. Qırğızıstan Prezidenti Japarov futbol oynayır. Özbəkistan Prezidenti Mirziyoyev də yaxşı formadadır, idman zalında məşq edir. Ermənistanın Baş naziri Paşinyan velosiped sürür. Belarus Prezidenti Lukaşenko məlum olduğu kimi, hələ də xokkey oynayır. Tacikistan Prezidenti Rəhmon da sağlamlığından şikayət etmir. Bütün həmkarlar əla formadadırlar”, – deyə o qeyd edib.
Qazaxıstan Prezidenti özü haqqında isə qeyd edib ki, sağlamlığından şikayət etmir, 9 kiloqram arıqlayıb, təzyiqinə nəzarət edir, hər gün yoqa ilə məşğul olur və həftədə iki dəfə peşəkar oyunçu ilə stolüstü tennis oynayır.