Tovuzda valideynlərin imtina etdiyi uşaqlardan XƏBƏR VAR

Tovuzda valideynlərin imtina etdiyi uşaqlardan XƏBƏR VAR Gündəm

Xəbər veridyimiz kimi,Tovuz rayonunda valideynlər üç övladından imtina edib. Ailəsinin imtina etdiyi üç uşaq - İ. Ələsgərov (2024), İ.Ələsgərov (2019) və Y. Ələsgərov (2018) polisin nəzarəti altında Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki,aprelin 9-u saat 14:10 radələrində 2018, 2019 və 2024-cü il təvəllüdlü 3 azyaşlı (kişi cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Azyaşlıların tibbi müayinəsi həyata keçirilib. Hər birinin vəziyyəti qənaətbəxşdir.