Tramp 12 ölkənin vətəndaşlarına ABŞ-a səfəri qadağan etdi
Gündəm
ABŞ Prezidenti Donald Tramp “ölkənin milli təhlükəsizliyinə təhdidlər”i əsas göstərərək 12 ölkənin vətəndaşlarına ABŞ-a səfəri qadağan edən yeni qərar imzalayıb.
News24.az xəbər verir ki, bu barədə Ağ Ev rəsmi açıqlama yayıb.
Qərara əsasən Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvator Qinesi, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəmən vətəndaşlarının ABŞ-a girişinə tam qadağa qoyulub.
Bundan əlavə, Burundi, Kuba, Laos, Syerra Leone, Toqo, Türkmənistan və Venesuela vətəndaşlarına da məhdudiyyətli səfər qadağaları tətbiq olunacaq. Ağ Evin "X" (keçmiş Twitter) sosial şəbəkə hesabından yayılan paylaşımda Tramp belə deyib:
“Bizə zərər vermək istəyən insanların ölkəmizə daxil olmasına icazə verməyəcəyik”.
Aqil