Tramp İlham Əliyevə təşəkkür etdi
Gündəm
ABŞ Prezidenti Donald Tramp ötən ilin avqust ayında imzalanmış sülh müqaviləsinə əməl etdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana təşəkkür edib.
News24.az bildirir ki, bununla bağlı Ağ Ev rəhbərinin “Truth Social” sosial şəbəkəsindəki səhifəsində paylaşım edilib.
Trampın sözlərinə görə, son müharibə dəhşətli olub və onun sona çatdıra bildiyi səkkiz müharibədən biridir, lakin region artıq sülh və rifah dövrünə qədəm qoyur. O, ABŞ-ın vitse-prezidenti Jey Di Vensin sülh səylərini davam etdirmək, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nu irəli aparmaq üçün fevralda Azərbaycana və Ermənistana səfər edəcəyini vurğulayıb.
ABŞ Prezidenti həmçinin Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək, Ermənistanla dinc nüvə əməkdaşlığı müqaviləsi bağlamaq və Amerikanın yarımkeçirici istehsalçılarının maraqları naminə müqavilələr imzalamaq niyyətində olduğunu bildirib.