Tramp Qrenlandiyanı “ABŞ ərazisi” elan etdi? - Bu foto sosial şəbəkəni silkələdi
Gündəm
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio ilə birlikdə Qrenlandiyada Amerika bayrağını sancdıqlarını əks etdirən foto paylaşıb.
News24.az-ın məlumatına görə, görüntü Trampın “Truth Social” sosial şəbəkə hesabında yayımlanıb.
Şəkildə “Qrenlandiya – ABŞ ərazisi, 2026-cı ildən etibarən” sözləri yazılmış lövhə də yer alır.
ABŞ Prezidenti paylaşımında Vaşinqtonun Qrenlandiyanın ilhaqı ilə bağlı mövqeyindən geri addım atmaq niyyətində olmadığını vurğulayıb.